Nəsrindən ayrılıq xəbərinə Nəsiminin şeiri ilə cavab verdi

Nəsrindən ayrılıq xəbərinə Nəsiminin şeiri ilə cavab verdi
Oxunma sayı: 3546

Aktrisa Nəsrin Cavadzadə və aktyor Gökhan Alkanın növbəti dəfə ayrılıq xəbəri yayılıb.

“Qafqazinfo” xəbər verir ki, “Kalp yarası” serialının ulduzu Gökhan Alkan haqlarında çıxan iddialara sosial media hesabında cavab verib.

Aktyor instaqramda paylaşdığı fotoya dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şeirindən bu misraları əlavə edib:

“Dedilər ki: Ya Nəsimi, yarın ilə xoşmusan?
Xoş olayım, olmayayım, yar mənimdir, kimə nə?”.

Qeyd edək ki, daha əvvəl “Habertürk” cütlüyün tezliklə ailə həyatı quracağı haqda xəbər vermişdi