Nəsrinlə aktyor sevgilisi ayrıldı

nesrinle-aktyor-sevgilisi-ayrildi
Oxunma sayı: 36401

“Yasak elma” serialı ilə vidalaşan aktrisa Nəsrin Cavadzadə aktyor sevgilisi Gökhan Alkandan da ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb. Qeyd olunub ki, çəkilişlərdə tanış olub eşq yaşayan cütlük münasibətlərinə son qoyub.

Uzun zamandır bir arada görüntülənməyən Nəsrin buna səbəb kimi Gökhanın yeni serialı üçün Antakyada olduğunu desə də, onların bir neçə həftə əvvəl ayrıldığı vurğulanıb.  

Qeyd edək ki, Nəsrinlə Gökhanın ayrılıq xəbəri aktrisanın “Yasak elma”dan getməsi ərəfəsində yayılmış, Cavadzadə iddiaları təkzib etmişdi.

Xatırladaq ki, cütlük ötən ilin noyabrında instaqramda fotolarını paylaşaraq sevgili olduqlarını elan etmişdilər. Onlar bir-birinin ailəsi ilə tanış olmuş, pandemiyadan sonra evlənəcəklərini bildirmişdilər.