Məhkəmənin qərarı ilə Şəmsi Vəfadarın rəsmi olraq üzür istəməsi ilə bğalı qətnamə qəbul edilib və bu gün Ş. Vəfadar “Şərq”qəzetində Vilyam Hacıyevədən rəsmi üzr istəyib. O, üzrxahlığında İcra başçısına müraciət edərək bildirib ki, onun haqqında müxtəlif qəzetlərdə çap olunmuş qeyri-obyektiv, fakt və dəlillərə əsaslanmayan yazılar toplanaraq «Şəms» nəşriyyatının qrifi ilə ayrıca kitabça şəklində nəşr edilib: “Mənim sizə qarşı heç bir şəxsi qərəzliliyim yoxdur. Rəhbərlik etdiyiniz rayona bağlı olan bir qələm adamı, vətəndaş olaraq mən də belə bir kitabçanın nəşrini və yayılmasını pisləyirəm və baş vermiş hadisədən təəssüfümü bildirirəm. Bu kitabçanın hazırlanmasını, çapını və yayılmasını sizin nüfuzunuza kölgə salmaq cəhdi kimi qiymətləndirir, “Şəms” nəşriyyatının fəaliyyətinə məsul şəxsi kimi üzr istəyirəm”. /veteninfo.az/