“Nestle”yə qarşı 100 milyonluq tələb -

nestleye-qarsi-100-milyonluq-teleb-
Oxunma sayı: 1049


“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, iddiada satılan keyfiyyətsiz əriştənin insan sağlamlığına vurduğu ziyana görə şirkətdən 100 milyon dollar təzminat tələb olunur. 

Bəlli olub ki, “Nestle” əriştələrinin tərkibində normadan artıq qurğuşun var. Yoxlama nəticəsində o da bəlli olub  ki, məhsulun tərkibində onun üstündə göstərilməyən qlutamat natrium maddəsi də var.

"Nestle"nin Hindistan təmsilçiliyi iddia barədə rəsmi xəbərdarlıq məktubunu hələ almadığını bildirib. 

Qeyd edək ki, belə əriştələrdən Azərbaycan mağazalarında da ola bilər.

“Qafqazinfo”