İsrail baş naziri Benyamin Netanyahunun Suriya böhranının həlli üçün Rusiya prezidenti Vladimir Putinə plan təqdim etdiyini bildirməsi Kreml tərəfindən təkzib edilib.
“Qafqazinfo” “Sputniknews”a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Netanyahunun fevralda Rusiyaya səfəri zamanı belə bir təklif vermədiyini bildirib.
O, həmin planda İsrailin nəyi nəzərdə tutduğunu izah etməli olduğunu qeyd edib.
Qeyd edək ki, bu iddianı adı açıqlanmayan İsrail rəsmisi “Times of İsrail” nəşrinə açıqlamasında bildirib.
Son xəbərlər
Son Xəbərlər