Netanyahu da narkotikdən həbsə düşən qıza görə Putinə müraciət etdi

netanyahu-da-narkotikden-hebse-dusen-qiza-gore-putine-muraciet-etdi
Oxunma sayı: 2557

İsrailin Baş Naziri Binyamin Netanyahu Moskvaətrafında narkotik vasitələrin saxlanması və qaçaqmalçılığı cinayətindən 7 il 6 ay həbsə məhkum edilmiş israilli Naam İssahara görə Rusiya prezidenti Vladimir Putinə məktub yollayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, Netanyahu Putindən 25 yaşlı vətəndaşının azadlığa buraxılmasını xahiş edib. Xahiş məktubu bu gün Putinə göndərilib.

Qeyd edək ki, eyni zamanda ABŞ vətəndaşı olan İssahar Şeremetyevo hava limanının tranzit zonasında ələ keçirilib. Onun üzərində 9 qram narkotik tapılıb. Netanyahudan əvvəl İsrail prezidenti Reuven Rivlin də Naamın bağışlanması üçün Putinə müraciət etmişdi.