Netanyahu ittihamlara cavab verdi - “Çevrilişə cəhddir”

netanyahu-ittihamlara-cavab-verdi
Oxunma sayı: 1117

İsrailin Baş Naziri Binyamin Netanyahu Baş prokuror Avihay Mandelblitin ona qarşı qaldırdığı ittihamlarla bağlı açıqlama verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Baş Nazir həmin fikirləri çevrilişə cəhd adlandırıb:

“Bu gün gördüklərimiz Baş Naziri ona qarşı yalan ittihamlarla çevrilişə cəhddir”.

Xaıtrladaq ki, Mandelblit Netanyahuya qarşı rüşvət, korrupsiya və vəzifəsindən sui-istifadə ittihamları irəli sürüb.