Netanyahu qəflətən Nazirlər Kabinetinin iclasını tərk etdi

netanyahu-qefleten-nazirler-kabinetinin-iclasini-terk-etdi
Oxunma sayı: 2280

İsrailin Baş Naziri Benyamin Netanyahu Nazirlər Kabinetinin koronavirusla bağlı iclasını qəflətən tərk edib. “Qafqazinfo” bildirir ki, bu barədə “NEWSru.co.il” xəbər verib.

“Söhbət milli əhəmiyyət məsələsindən gedir. Daha sonra ətraflı məlumat əldə edəcəksiniz”, - Netanyahu nazirlərə deyib.

O, müşavirəyə 16 dəqiqədən sonra qayıdıb.