Netanyahu toxunulmazlıq istəyir

netanyahu-toxunulmazliq-isteyir
Oxunma sayı: 1582

İsrailin Baş Naziri Benyamin Netanyahu toxunulmazlıq hüququndan istifadə edəcək. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb İsrail Baş Prokurorluğunun onunla bağlı 3 ayrı rüşvət ittihamı ilə çıxış etməsidir. Netanyahunun Məclisə göndərdiyi təklifin isə martın 2-nə kimi seçkilərdən dolayı müzakirə ediləcəyi gözlənilmir. 

Vəzifəsindən sui-istifadə etməsi iddialarını rədd edən Baş Nazir ona qarşı irəli sürülən ittihamların siyasi səbəblərdən qaynaqlandığını ifadə edib.

Qeyd edək ki, toxunulmazlıq hüququndan yararlanması üçün Netanyahunun 120-dən artıq millət vəkilinin səsini alması lazımdır.