İsrail baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın Meksika ilə sərhəddə divar çəkilməsi layihəsinə dəstək verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Netanyahu tvitter hesabından açıqlama yayıb.
“Prezident Tramp haqqlıdır. Mən İsrailin cənub sərhəddi boyunca divar inşa etdim. Bütün qeyri-qanuni miqrantları dayandırdı. Bu mükəmməl bir fikirdir”,-deyə qeyd edib.
Xatırladaq ki, Tramp “Qanunsuz miqrantları qarşısını almaq” və “sərhəddə təhlükəsizliyini artırmaq” məqsədilə Meksika sərhədinə divar tikilməsini nəzərdə tutan fərman imzaladığını açıqlayıb. Sözügedən sərhəddin tikilməsinə 25 milyard dollar xərclənəcək.
Son xəbərlər
Son Xəbərlər