Netanyahunun əsas siyasi rəqibi spiker seçildi

netanyahunun-esas-siyasi-reqibi-spiker-secildi
Oxunma sayı: 1231

İsrail parlamenti (Knesset) özünə yeni spiker seçib.

“Qafqazinfo” "TASS"a istinadən xəbər verir ki, Baş Nazir Benyamin Netanyahunun əsas siyasi rəqibi sayılan "Kahol-Lavan" mərkəzçi blokunun lideri Benni Hants 120 deputatdan 74-nün səsini alaraq, spiker seçilib.

Hants qalibiyyətinə sevinmədiyini deyib:

“Bu, mənim üçün bayram yox, çətin və vacib bir gündür. Hamımız İsraili birinci yerə qoymalıyıq. İsrail vətəndaşlarına düzgün işləməyi vəd edirəm”.