Netanyahunun müşaviri koronavirusa yoluxdu

netanyahunun-musaviri-koronavirusa-yoluxdu
Oxunma sayı: 939

İsrailin Baş Naziri Benyamin Netanyahunun ultra- ortodoksal icma işləri üzrə müşaviri Rivka Paluh koronavirusa yoluxub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Paluhun koronavirusla bağlı verdiyi testin cavabları pozitiv çıxıb.

Daha əvvəl virus onun xanımında da aşkarlanıb.

Qəzet qeyd edir ki, Paluh sonuncu dəfə cümə axşamı günü Netanyahu ilə əlaqə qurub. Üstəlik, onların görüşü tələb olunan məsafəyə uyğun keçirilib.