Netflix aktyorları üçün peyvənd məcburi olacaq

netflix-aktyorlari-ucun-peyvend-mecburi-olacaq
Oxunma sayı: 1397

Amerikanın Netflix kino şirkəti studiyanın layihələrində çəkilən aktyorlar, eləcə də onlarla əlaqədə olanlar üçün peyvənd məcburiyyəti irəli sürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Deadline” nəşri yazır. Bildirilir ki, Netflix Hollivudda koronavirusla bu cür mübarizə aparan ilk kinostudiya olacaq. Çəkiliş komandasının işə qayıdış protokollarında artıq bütün aktyorların və heyət üzvlərinin vaksinasiyadan keçmə məcburiyyəti qeyd edilib.

Bu qərar yalnız hazırda istehsalda olan film və serialların çəkiliş heyətinə şamil edilmir.