“Netflix” Bereni 3-cü sezona da çəkir - Fotolar

netflix-bereni-3-cu-sezona-da-cekir
Oxunma sayı: 4118

“Netflix”in ikinci Türkiyə istehsalı olan “The Gift”in  (Atiye) üçüncü sezon çəkilişlərinə start verilib.  “Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən ekran işinin baş qəhrəmanı Beren Saat məlumat verib. 

O, instaqram səhifəsində çəkiliş meydançasından fotolar paylaşaraq üçüncü mövsümə start verildiyini bildirib.  Bununla da, sözügedən layihə növbəti sezonunda final edəcək. 

Qeyd edək ki, daha əvvəl verilən açıqlamaya əsasən, müzakirələrə səbəb olan serialın iki mövsümü birdən çəkilmiş və reytinq nəticələri yaxşı olduğu halda növbəti çəkilişlərə start veriləcəkdi. 

Xatırladaq ki, ekran işində B. Saatın tərəf müqabili Mehmet Günsürdür. Hələlik bir sezonu yayımlanan “Atiye”nin ikincisi dekabrda izləyicilərin ixtiyarına veriləcək.

Bundan əlavə, Beren Saat birinci mövzsümdə 8 bölümlük çəkiliş üçün 1 milyon 600 min TL qonorar aldığı açıqlanmışdı.