“Netflix” filmi üçün Kirkorovdan ilhamlanıb

netflix-filmi-ucun-kirkorovdan-ilhamlanib
Oxunma sayı: 1349

Dünyaca məşhur “Netflix” platforması gözlənilən “Eurovision: Fire Saga” adlı filmini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu, şirkətin nüfuzlu müsabiqə ilə bağlı aldığı ilk ekran işidir. Ssenaristi və baş qəhrəmanı Will Ferrellin olduğu filmdə İslandiyanı təmsil edən iki sənətçinin həyatından bəhs olunur.

Layihədə Demi Lovato, Salvador Sobral, Netta, Jamala, Aleksandr Rbak, Konçita Vurst kimi “Eurovision” ulduzları yer alıb.

Filmdə Rusiyanı təmsil edən Aleksandr Lemtov obrazına xüsusi maraq yaranıb. Rola ingilis aktyor Dan Stevens həyat verib. O, obrazı canlandırmaq üçün bir müddət ara vermədən Xalq artisti Filipp Kirkorovu izlədiyini, bundan sonra rolunu daha gözəl ifa etdiyini qeyd edib.

Kirkorov da Amerika istehsalı olan kinodan görüntülər paylaşaraq Dan Stevensi sahibi olduğu “Eurovision Dream Team” şirkətinə dəvət edib və əməkdaşlıq təklif edib:

“Əsas obraz Dan Stevens mənim stilimdən, obrazımdan yararlanıb. Əlbəttə, bunu verdiyi müsahibələrdə özü qeyd edir və xoşbəxtliklə danışır. Onu gələn il üçün öz komandamıza dəvət edirəm. İstəyirəm ki, yarışma prosesində unudulmaz bir təcrübə yaşasın. Eyni zamanda dünya turu edərkən onu konsertlərimdə görmək istəyirəm”.