“Netflix” türk serialını Amerika layihəsi kimi təqdim etdi - Fotolar

netflix-turk-serialini-amerika-layihesi-kimi-teqdim-etdi
Oxunma sayı: 2082

Dünyaca məşhur “Netflix” platforması yeni Türkiyə layihəsini təqdim etməyə hazırlaşır.

“Qafqazinfo” xəbər verir ki, “Hakan Muhafız”, “Atiye” seriallarından sonra bu dəfə Osmanlı sultanı Fateh Sultan Mehmetin həyatından, Konstantinopolun fəthindən bəhs edən ekran işi yayıma çıxacaq.

“Rise of Empires: Ottoman” adlı sənədli serial 6 bölümdən ibarətdir və yanvarın 24-də tamaşaçıların ixtiyarına veriləcək. Maraqlısı odur ki, “Netflix Türkiyə” tərəfindən lentə alınan ekran işi ABŞ layihəsi kimi təqdim olunub. 

Tarixi layihədə Tuba Büyüküstün, Cem Yiğit Üzümoğlu, Selim Bayraktar, Birkan Sokullu, Osman Sonant, Tolga Tekin, Ushan Çakır, Damla Sönmez kimi populyar simalar rol alıb.

Layihəyə, eyni zamanda xarici aktyorlar da cəlb olunub. Onlar Tommaso Basili və  “Game of Thrones” (Taxt Oyunları) serialında Tywin Lannister xarakterini canlandıran Charles Dancedir.