“Netflix”in məşhur serialında Nəsrin də olacaq

netflixin-meshur-serialinda-nesrin-de-olacaq
Oxunma sayı: 1986

Dünyanın ən məşhur serialı olan “La Casa De Papel”də azəraycanlı aktrisa Nəsrin Cavadzadənin rol alması Türkiyə gündəmini zəbt edib. 

“Qafqazinfo” xəbər verir ki, “Netflix” şirkətinin istehsalı olan ekran işinin üçüncü sezonunda aktrisanın İstanbul obrazı ilə tamaşaçı qarşısına keçəcəyi iddia edilib. 

Əksəriyyəti isə Nəsrinin həmin layihədə rol almayacağını bildirib, bunun sadəcə şayiə olduğunu qeyd edib.

Cavadzadənin meneceri Selin Kök  mövzuyla bağlı rəsmi olaraq açıqlama verib:

“Çıxan bəzi xəbərlər doğrudur. Istehsal şirkəti ilə görüşlərimiz davam edir. İlk danışıqlardan müsbət nəticə əldə etdik. Növbəti görüş də baş tutacaq. Nəsrin xanım 4-5 dil bilən bir aktrisadır və bu, onun avantajıdır. Canlandıracaq obraz barədə dəqiq məlumat verə bilmərik. Bildiyiniz kimi, aktrisa ötən il də ispaniya istehsalı olan “El Desentierro” adlı filmdə çəkilib. Onun performansı prodüser və rejissorların da diqqətini çəkib”.