“Netflix”in türk serialının bağlanmasını istəyirlər

netflixin-turk-serialinin-baglanmasini-isteyirler
Oxunma sayı: 3191

Məşhur “Netflix” plaftormasında təqdim olunan sayca üçüncü Türkiyə istehsalı olan “Aşk 101” serialı qalmaqal yaradıb. “Qafqazinfo” xəbər verir ki, buna səbəb ekran işinin homoseksuallığı təbliğ etməsi və gənclərin müsbət yöndə inkişafına mənfi təsir göstərməsidir.

Bununla bağlı Türkiyə Baş Prokurorluğuna şikayət daxil olub. “Qaynar xətt”ə daxil olan zənglərdən sonra araşdırma aparılıb və mövzu barədə ictimaiyyətə açıqlama verilib. Qeyd olunub ki, sözügedən serial insanlara açıq olan hər hansı bir kanalda yayımlanmadığı üçün ekran işini bağlamaq mümkün deyil.



Prokurorluğun məlumatına görə, hər kəs öz istəyi ilə ödənişli şəkildə “Netflix”ə daxil olaraq layihəni izləyə bilir.

Qeyd edək ki,  Ahmet Katıksızın rejissorluq etdiyi serialda Kubilay Aka, Mert Yazıcıoğlu, Alina Boz, Selahattin Paşalı, İpek Filiz Yazıcı, Pınar Deniz və Kaan Urgancıoğlu rol alıb. 8 seriyadan ibarət olan layihə 1990-cı ildə gənclərin həyatından bəhs edir.