Futbol üzrə milli komandamızın üzvü Maksim Medvedev Qazaxısatanın "sports.kz" saytına müsahibə verib. “Qafqazinfo” xəbər verir ki, o, müsahibəsində yığmamızın Qazaxsıtan millisinə qarşı keçridiyi yoxlama matçı haqda danışıb:
- Qarşılaşma haqda nə deyə bilərsiniz?
- Yaxşı ki, bu oyun baş tutdu. Yüksək sürətli oyun göstərən rəqibə qarşı mübarizə apardıq. Biz gənc komandayıq, yenicə təcrübə toplayırıq. Gələcəkdə belə səviyyətli rəqiblə qarşılaşdıqda necə oynamalı olacağımızı biləcəyik.
- Qazaxıstanın hansı üstün cəhətlərini qeyd edə bilərsiniz?
- Oyunun sürətini, bəzi oyunçuların fərdi göstəricilərini, fiziki durumlarını nəzərə almaq lazımdı. Millətlər Liqasında müxtəlif güclü üsluba və keyfiyyətə malik çoxlu komanda var. Qazaxıstanın oyununda onlara qarşı üzərində işləməli olduğumu komponentlər var.
- Qazaxıstan millisinin heyətində hansı futbolçunu fərqləndirə bilərsiniz?
- Müdafiə xətti, xüsusən, komandanın kapitanı Dmitri Şomko çox yaxşı oynadı. Mən artıq ona qarşı çıxış etmişəm. Həmin vaxt Antalyada təlim-məşq toplanışında idik. Mən sağ cinah müdafiəçisi mövqeyində yer aldığımdan, məhz bu futbolçu ilə mübarizə aparmalı olurdum. O, hücumlara çox yaxşı qoşulurdu. Bundan başqa İslambek Kuat hücum xətti ilə müdafiə arasında əlaqə yaradırdı. Fərdi olaraq, öz bacarıqlarını göstərən Roman Murtazayev güclüdür. Aleksey Şetkin öz fiziki göstəriciləri ilə seçildi. Əlbəttə, Bauırjan İslamxan çox fəal, yaradıcı planda faydalı idi.
- Erkən qollar buraxdınız. Sizcə, hansı səhvlərə yol verdiniz?
- Komandamızın oyuna belə başlayacağını gözləmirdim. Lakin biz bütün qolları öz səhvlərimizdən buraxdıq. Cərimə meydanı ətrafında künc zərbələri və qayda pozuntularından yayınmaq lazım idi. Heyətimizdə kifayət qədər gənc oyunçu var idi. Onların gözləri yanır, sürüşmə fəndlərində yerdə qalır, mövqelərini itirirdilər. Biz bu nəticədən çox da məyus deyilik. Öz səhvlərin üzərində öyrənmək lazımdır.
- Belə qənaətə gəlmək olar ki, Azərbaycan görüşə optimal heyətlə çıxmamışdı.
- Nəzərə almaq lazımdır ki, biz süni örtükdə oynadıq. Komandamızdakı bir çox oyunçu üçün topun çönməsi və qəbulu yenilik idi. Sanki ilk dəfə oynayırdıq. Öz oyunumuzu göstərə bilmədik. Heyətdə dəyişikliklər etdik, baş məşqçimiz gənclərə şans verdi. Axı qarşıda bizi Millətlər Liqası gözləyir. Bundan başqa, Qurban Qurbanov yığmaya yenicə rəhbərlik etməyə başlayıb. Bu səbəbdən, rotasiya etməyə, heyəti öyrənməyə, müxtəlif məzmunlu oyunları sınaqdan çıxarmağa məcburdur.
- Sizcə, Qazaxıstan millisi Millətlər Liqasında uğurlu çıxış edə bilər?
- Qazaxıstanın Macarıstanla oyununa baxmışdıq. Komanda çox yaxşı təsir bağışlamışdı. Bu rəqibə qarşı 2011-ci ildə oynamışdıq. O vaxtda komandanız çox dəyişib, inkişaf edir, daha aqressiv mübarizə aparır.
Son xəbərlər
Son Xəbərlər