Nəticələr açıqlandı -

neticeler-aciqlandi-
Oxunma sayı: 855


“Qafqazinfo”nun məlumatına görə, bakalavrlar qəbulun nəticələrini iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qəbul olunan bakalavrların siyahısı, müsabiqə nəticəsində formalaşmış keçid balları avqustun 6-da “Magistr” jurnalının yeddinci nömrəsində dərc olunacaq.

Magistraturanın boş qalan 2099 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1013 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 588 nəfər magistratura səviyyəsinə qəbul olunub.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olunanlar avqustun 14-dən 21-dək sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

“Qafqazinfo”