Nəticələr açıqlandı

neticeler-aciqlandi
Oxunma sayı: 1770

Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 15-i keçirilmiş buraxılış və kolleclərə qəbul imtahanlarının birinci mərhələsinin nəticələri elan olunub.

“Qafqazinfo”ya daxil olan məlumata görə, buraxılış imtahanında iştirak etmiş şəxslər (1025 nəfər) DİM-in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.