“Nəticələr rəsmiləşənə qədər seçki qutularını tərk etməyin”

neticeler-resmilesene-qeder-secki-qutularini-terk-etmeyin
Oxunma sayı: 3203

“Bütün həmkarlarımdan və dostlarımdan nə olursa olsun, nəticələr rəsmiləşənə qədər seçki qutularının yanında qalmalarını xahiş edirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib  Ərdoğan tviter hesabında yazıb.

“Seçki belə müsbət və demokratik şəraitdə keçdiyi halda, səslərin hesablanması hələ də davam etdiyi halda, nəticələrin tələsik elan olunmasına cəhd milli iradənin qəsb edilməsi deməkdir. Biz sevinirik ki, xalqımızın rəğbəti davam edən səslərin sayılmasında öz əksini tapır. Demokratiya naminə səs verən, seçki işində iştirak edən bütün vətəndaşlarımı təbrik edir, onların hər birinə öz təşəkkürümü bildirirəm”, - deyə Ərdoğan qeyd edib.