Nəticələri öyrənən Tramp Ərdoğanla görüşə hazırlaşır

neticeleri-oyrenen-tramp-erdoganla-goruse-hazirlasir
Oxunma sayı: 1175

Ağ Evin mətbuat katibi Sarah Sander ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi münasibəti ilə təbrik edəcəyini bildirib.

"Qafqazinfo" Türkiyə KİV-nə istinadən xəbər verir ki,  ABŞ XİN-i seçkilərin nəticələri ilə bağlı "Türk seçicilərin qərarına hörmət edirik" açıqlamasını yayıb. Sander seçkilərin nəticələri elan olunduqdan sonra Trampın Ərdoğanla görüşə hazırlaşdığını bildirib:

"Güclü əlaqələrimizi bir daha vurğulamaq üçün Trampla Ərdoğanın görüşünü təşkil etməyə hazırlaşırıq". 

Sanders görüşün keçiriləcəyi dəqiq tarixi açıqlamayıb.