Nəticələrlə bağlı qərarı məsxərəyə qoydu

neticelerle-bagli-qerari-mesxereye-qoydu
Oxunma sayı: 1723

Azərbaycanı “Eurovision – 2019” mahnı müsabiqəsində təmsil edən müğənni Çingiz Mustafayev bir neçə gün bundan əvvəl Avropa Yayım Birliyinin (EBU) yarışma nəticələrini dəyişidirilməsi barədə qərarını məsxərəyə qoyub. 

“Qafqazinfo” xəbər verir ki, sənətçi  bu barədə instaqram səhifəsində məlumat verib.  “Avropa Yayım Birliyi "Eurovision" musiqi yarışmasının nəticələrini dəyişdi. Çünki, Belarus juri səslərində yanlışlıq baş verib. Mənim nəticəm 7-ci pillədən, 8-ci pilləyə gerilədi. Mən ümid edirəm ki, qalib olacağam. Növbəti həftənin qərarını gözləyirəm”- deyə Çingiz qeyd edib.