“Nəticəni sensasiya hesab etmirəm”

neticeni-sensasiya-hesab-etmirem
Oxunma sayı: 2525

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının qrup mərhələsində İspaniya yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

“Qafqazinfo” xəbər verir ki, braziliyalı mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər. İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu. Bu görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.

Az da olsa, qrupdan çıxmaq şansımız qalıb. Bosniya və Hersoqivaniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.