Nəvəsinin ad gününə gedən nənənin evi yarıldı - Foto

nevesinin-ad-gunune-geden-nenenin-evi-yarildi
Oxunma sayı: 1767

Nəvəsinin ad günününə gedən nənənin evi qarət edilib.

"Qafqazinfo"nun xəbərinə görə, oğurluq hadisəsi Mingəçevirdə baş verib.

Beşmərtəbəli binanın birinci mərtəbəsində yaşayan Gülafət İbrahimovaya məxsus mənzildən 3 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oğrular mənzilə eyvanın pəncərəsindən daxil olub. Ad gündən qayıdan ailə qızıl və gümüş əşyaların oğurlandığının şahidi olublar.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli