Nevzorov koronavirusdan dünyasını dəyişdi

nevzorov-koronavirusdan-dunyasini-deyisdi
Oxunma sayı: 4170

Rusiyanın Xalq artisti Boris Nevzorov 72 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Malıy Teatrın direktoru Tamara Mixaylova məlumat yayıb.

O bildirib ki, Nevzorov koronavirusdan dünyasını dəyişib. 

Boris Nevzorov 18 yanvar 1950-ci ildə Krasnodar vilayətində anadan olub. O, "Bataqlıqdakı insanlar", "Daşqın", "Kahinin iti var idi ...", "Gənc Rusiya", "Mayor" filmlərində, “Kamenskaya”, “Türk Marşı”, “Sonuncu nazir” seriallarında çəkilib.