“New York Times” jurnalistləri tətil elan etdi - 40 ildə ilk dəfə - Video

new-york-times-jurnalistleri-tetil-elan-etdi
Oxunma sayı: 1224

ABŞ-nin “New York Times” qəzetinin jurnalistləri 40 ildə ilk dəfə tətil elan ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı qəzet öz saytında paylaşıb.

Qəzetin müxbir və redaktorları 24 saatlıq tətil elan ediblər.

Jurnalistlərin tətil elan etməsinə səbəb isə Həmkarlar İttifaqı ilə şirkət arasında danışıqların uzanması olub. Bildirilir ki, tərəflər arasında müqavilənin müddəti 2021-ci ilin martında bitib, lakin onlar əməkhaqqı, tibbi xidmətlər və digər məsələlər barədə razılığa gələ bilməyib.

Ümumilikdə tətildə qəzetin 1100-dən çox əməkdaşı iştirak edir.