News24.az-ın 3 yaşı tamam olur

news24az-in-3-yasi-tamam-olur
Oxunma sayı: 1269

News24.az saytının 3 yaşı tamam olur.

"Qafqazinfo" xəbər verir ki, 2018-ci ilin bu günündə fəaliyyətə başlayan internet resursu ötən müddət ərzində ölkənin tanınan saytlarından birinə çevrilib. Peşəkar yaradıcı komandanın ərsəyə gətirdiyi, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan News24.az 3 il ərzində geniş oxucu auditoriyası toplamağı bacarıb.

Bu müddət ərzində həm dövlət qurumları, həm də qeyri- hökumət təşkilatları ilə geniş əməkdaşlıq quran portal izləyicilərini hər gün ölkədə və xaricdə baş verən mühüm hadisələrdən operativ şəkildə xəbərdar edir. Eləcə də, yarandığı vaxtdan bu günədək müxtəlif sosial və mədəniyyət layihələri həyata keçirib və bir sıra önəmli tədbirlərə informasiya dəstəyi verib.