NEXT üzvü Seyran seçim etməli oldu

next-uzvu-seyran-secim-etmeli-oldu
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, qrup üzvləri arasında həmişə fərqlənən Seyran Babayev xarici ölkədə fəaliyyətini davam etdirəcək. Bununla əlaqədar yeni layihələrin hazırlıqlarına başlayan sənətçi "NEXT qrupunda iştirakımı səhnə həyatımda uğurlu başlanğıc kimi qiymətləndirirəm” deyib: “Heç kimə sirr deyil ki, istər vətəndə, istərsə də xaricdə peşəkar komanda ilə birgə çalışdıq. Bütün yaradıcı heyətə təşəkkür edirəm ki, mənə bu cür şərait yaratdılar. Onu da deyim ki, onlar bu addımımda da mənə dəstək oldular. Detallara toxunmadan deyim ki, Azərbaycan adına çox vacib layihələrə imza atacağımız gözlənilir”.

Qrupun mətbuat xidmətindən verilən məlumata görə, NEXT fəaliyyətini davam etdirəcək. “Azərbaycan adına atılan hər bir uğurlu addıma sevinirik. Seyran NEXT- in ən sevilən ve ən istedadlı üzvü idi. Amma bu təklifi nəzərə alaraq onun bu addımını dəstəklədik. O ki qaldı qrupu fəaliyyətinə, NEXT sentyabr ayında yeni heyətlə işlərini davam etdirəcək".