Nəyi reklam etmək olmaz?

neyi-reklam-etmek-olmaz
Oxunma sayı: 1166


“Qafqazinfo” xəbər verir ki, millət vəkili Vahid Əhmədov deyib ki, yeni qanun layihəsində alkaqollu içkilərin, abortun reklamı, dərs vəsaitlərinin üzərində reklamların yerləşdirilməsi, dərman peraparatlarının reklamı, hərbi təyinatlı silahların reklamı, açıq məkanda reklamın yerləşdirilməsi ilə bağlı bir sıra qadağalar və yeni qaydalar öz əksini tapıb. O bildirib ki, sponsor reklamının təqdim olunmasına dair xüsusi layihə təqdim edilib: “Layihədə reklamın nəqliyyat vasitəsinə yerləşdirilməsilə bağlı sərnişinlərin təhlükəsizlik məsələsinə yenidən baxılıb. Bu layihədə həmçinin, lotoreyanın reklamında olan məlumatlar dəqiq əks olunması haqqında tələblər irəli sürülüb”.

Millət vəkili deyib ki, layihə plenar iclasa keçirilməzdən əvvəl müvafiq qurumlara da təqdim olunub: “Qanunun layihəsinin ərsəyə gəlməsinə görə MM sədri Oqtay Əsədova minnətdarıq”.

Qanun layihəsinin  müzakirəsində çıxış edən deputat Zahid Oruc deyib ki, “Reklam haqqında” qanunvericilik nəinki beynəılxalq hətta, bizim daxili tələblərimizə də uyğun gəlmirdi: “Bir tikinti kampaniyası özünün inşa etdiyi tikilini reklam etdirmək istəyir və yeni ailə quranları reklama çıxarır: “Reklamda isə gəlin bəyin kalstukundan tutub yeni evə aparır. Bu bizim adət-ənənələrə nə dərəcədə uyğundur, bunu bilmirəm. Hansısa bir şirniyyat növünü reklam edirlər və bunu dadır dişi möhkəmlənir və başqalarına hücum çəkir. Açıq-aşkar zorakılığın nümunələrini görürük. Verilişlərimizin 20 faizini reklam təşkil edə bilər və bunu görən seyirçi inildəyir. Vətəndaş hər gün psixoloji zədə alır”.

Deputat Tahir Rzayev qeyd edib ki, elə tibb mərkəzi var ki xidmət göstərmir, amma saatlarla reklam olunur.

Deputat Azay Quliyev bildirib ki, qanunun 10- cu maddəsində qeyd olunur ki, sosial reklam pullu və ya pulsuz verilə bilər. Amma bilinməlidir ki, sosial reklam  pulsuz olmalıdır.

Deputat Gövhər Baxşalıyeva deyib ki, yaşadığımız dövr reklam informasiya dövrüdür: “Qanundan bəzi bəndləri çıxartsaq, yaxşı olar. Məsələn dərmanların, tütünün, alkoqollu içkilərin reklamı. Dünya praktikasında var deyə, biz mənfi praktikanı tətbiq etməməliyik”.

Spiker qeyd edib ki, televiziyalar hamısı sosial reklamı pulsuz verməklə bağlı müqaviləyə qol çəkirlər: “ Amma müqaviləni gecə saat 12-dən sonra yerinə yetirirlər. Bunu əhalinin ən çox baxdığı vaxtlarda vermək lazımdır”

Günel