Neymar 7 oyun buraxa bilər

neymar-7-oyun-buraxa-biler
Oxunma sayı: 875

PSJ-nin braziliyalı oyunçusu Neymarı Fransa çempionatının matçının sonunda “Marsel”in müdafiəçisi Alvaro Qonsaleslə dava etdiyinə görə cəza gözləyir. “Qafqazinfo” bildirir ki, bu barədə “RMC Sport” xəbər verib.

Belə ki, Neymar öz hərəkətinə görə 4-7 oyun buraxa bilər. 

Daha öncə bildirilirdi ki, PSJ-nin futbolçusu Neymar “Marsel”in müdafiəçisi Alvaro Qonsalesi irqçiliyə görə vurub. Bu, Fransa çempionatının 2-ci turunun matçında baş verib.