“Əl-Hilal”ın braziliyalı ulduzu Neymar İlha dos Japao adasını almaq istəyir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Portal Leo Dias” məlumat yayıb.
Bildirilib ki, ada Rio-de-Janeyro əyalətinə aid Angra dos Reis bələdiyyəsində yerləşir.
Adanın sahəsi 2,5 hektardır. Oraya yalnız helikopter və ya qayıqla getmək mümkünüdür. Beş yataq otağı və yeddi vanna otağı olan yaşayış sahəsi 10 nəfərə qədər qonaq qəbul edə bilər.
Mülk ilkin olaraq 74 milyon real (təxminən 12,35 milyon avro) dəyərində qiymətləndirilib.