Neymar ağır zədə aldı

neymar-agir-zede-aldi
Oxunma sayı: 1786

PSJ-nin ulduz futbolçusu Neymar zədələnib.

“Qafqazinfo” xəbər verir ki, o, Liqa 1-in 15-ci turu çərçivəsində baş tutan “Sent Etyen”lə səfər oyununda (1:3) sıradan çıxıb.

Neymar artıq ilkin tibbi müayinədən keçib. Topuğundan zədə alan braziliyalı futbolçunun azı 6 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur. Təkrar müayinədən sonra onun vəziyyəti tam dəqiqləşəcək.