“Neymar aktyor deyil” - Lukaku

neymar-aktyor-deyil
Oxunma sayı: 1553

Belçika millisinin forvardı Romelu Lukaku bu gün Braziliyaya qarşı keçirəcəkləri matç öncəsi maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Lukaku Neymarın aktyor adlandırılmasından danışıb:

“Neymar aktyor deyil. Bəzən ona qarşı oynayanda çətinlik çəkirsən. Görünür ki, müdafiəçilər onu qaydalar çərçivəsində dayandıra bilmir. Çünki o, yüksək keyfiyyətlərə malik futbolçudur. Neymar komandasının ən yaxşı oyunçusudur. Ona qarşı oynayacağıma görə qürur duyuram”.