Neymar gecə klubunda dava etdi

neymar-gece-klubunda-dava-etdi
Oxunma sayı: 2533

Fransanın “Paris Sen-Jermen” futbol klubunun hücumçusu Neymar Braziliyadakı gecə klublarından birində dava edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

Bildirilir ki, Rio-de-Janeyrodakı klublardan birində futbolçu ilə bir kişi arasında mübahisə yaranıb. Klubun təhlükəsizlik xidməti münaqişəyə müdaxilə edib.

Qeyd edək ki, Neymar 2017-ci ildə Fransa klubuna keçib. Parislilər futbolçu üçün 222 milyon avro ödəyib. Futbolçu Fransada 5 çempionluq qazanıb. Hücumçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.