Neymar komanda yoldaşından belə qisas aldı - Video

neymar-komanda-yoldasindan-bele-qisas-aldi
Oxunma sayı: 3482

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymar komanda yoldaşı Renan Lodinin avtomobilinin təkərlərini bıçaqla deşib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə futbolçu öz instaqram hesabında paylaşım edib. 

Əvvəlcə R. Lodi Neymarın ayaqqabısının bağını düyünləyib. Buna görə də ulduz futbolçu komanda yoldaşından qisas alıb. O, paylaşımında bu sözləri qeyd edib: “Bir gün ov üçün, bir gün ovçu üçün”.

R.Lodi də paylaşıma şərh bildirib: “Növbəti mövsümdə “Rolls-Royce”nu səbirsizliklə gözləyirəm”. 

Həmin görüntüləri təqdim edirik: