“Neymar mənim finala çıxmağımı istəmişdi” - Messi

neymar-menim-finala-cixmagimi-istemisdi
Oxunma sayı: 2430

Amerika kubokunun yarımfinalında Kolumbiyaya 3:2 hesabı ilə qalib gələrək finala çıxan Argentina yığmasının kapitanı və ulduz futbolçusu Leo Messi bu barədə danışıb. 

“Qafqazinfo” xəbər verir ki, o, Neymarla həlledici oyunda üz-üzə gəlməkdən məmnun olduğunu bildirib:

“Çətin bir turnirin sonuna yaxınlaşırıq. Finalda bizi güclü Braziliya gözləyir. Neymar mənim dostumdur və o da mənim finala çıxmağımı istəmişdi. Hədəfimizə çatmağa çox az qalıb”.

Qeyd edək ki, Argentina – Braziliya finalı iyulun 11-i saat 04:00-da başlayacaq.