Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar komandanın düşərgəsinə qayıtmayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı bəyanat yayıb. Bildirilib ki, braziliyalı hücumçu PSJ-nin yeni mövsüm öncəsi ilk məşqində iştirak etməli olsa da, o, klubdan icazə almadan vaxtında düşərgəyə qayıtmayıb.
Fransa klubu bu hadisədən təəssüfləndiyini və 27 yaşlı oyunçunun etdiyi hərəkət səbəbindən lazımi tədbirləri görəcəyini açıqlayıb.
Qeyd edək ki, Neymarın "Barselona"ya keçəcəyi iddia olunur.
Son xəbərlər
Son Xəbərlər