Neymar “Real”a qarşı oynamayacaq

neymar-reala-qarsi-oynamayacaq
Oxunma sayı: 916

“Barselona” klubunun braziliyalı hücumçusu Neymar 3 oyunluq diskvalifikasiya olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyası məlumat yayıb.

Futbolçu “Malaqa” ilə oyunda qırmızı vərəqə alıb və bu qərarına görə hakimi alqışlayıb. Sonradan La Liqa rəhbərliyi katalonların hücumçusunu buna görə cəzalandırmaq qərarına gəlib.

Nəticədə Neymar “Real”, “Real Soseydad” və “Ososuna”ya qarşı oyunları buraxmalı olacaq.

Qeyd edək ki, bu mövsüm La Liqada 26 oyuna 9 qol vurub.