Neymar sevgilisindən ayrıldı

neymar-sevgilisinden-ayrildi
Oxunma sayı: 780

Braziliya millisinin üzvü və “Barselona”nın oyunçusu Neymar nişanlısı Bruna Markezidən ayrılıb.

“Qafqazinfo” xarici KİV-ə istiandən xəbər verir ki, bu barədə futbolçu sosial şəbəkədə yazıb.

“Mən şəxsi həyatım haqda danışmağı sevmirəm. Mən və Bruna artıq ayrıldıq. Bu, bizim qəbul etdiyimiz qərardır. Həyat davam edir”,-deyə Neymar qeyd edib.

Xatırladaq ki, Neymar və Bruna 2012-ci ildən, qızın 16 yaşı olanda görüşməyə başlayıblar. Lakin iki il sonra sevgililər ayrılıblar və münasibətlərini yalnız ötən il bərpa ediblər.