PSJ-nin futbolçusu Neymar üçün bu mövsüm erkən başa çatıb.
“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçunun sağ ayaq biləyində zədələrə görə əməliyyat olunacağı bildirilib. Əməliyyatın yaxın günlərdə Dohadakı xəstəxanada reallaşacağı vurğulanıb. Onun təxminən 3-4 aydan sonra məşqlərə qayıdacağı qeyd olunub. Bu isə o deməkdir ki, futbolçu bu mövsümün qalan hissəsində oynamayacaq.
Qeyd edək ki, Neymar son olaraq Liqa 1-də fevralın 20-i keçirilən "Lill"lə matçda zədələnib və xərəkdə meydandan çıxarılıb.
Son xəbərlər
Son Xəbərlər