Neymar yenidən Messi ilə oynamaq istəyir

neymar-yeniden-messi-ile-oynamaq-isteyir
Oxunma sayı: 1554

Səudiyyə Ərəbistanın “Əl-Hilal” klubunun futbolçusu Neymar argentinalı ulduz Leo Messi haqqında maraqlı fikirlər səsləndirib.

“Qafqazinfo” xəbər verir ki, brazilyalı oyunçu onunla yenidən oynamaq arzusunda olduğunu bildirib.

O, Messi ilə meydanda münasibətlərinin bitdiyini düşünmür: “Ümid edirəm ki, yenidən birlikdə oynayacağıq. Leo əla insandır. Futbolda hər kəs onu tanıyır. Düşünürəm ki, o, çox xoşbəxtdir”.