Neymardan türk filminə tərif - “Uşaq kimi ağladım”

neymardan-turk-filmine-terif
Oxunma sayı: 4872

PSJ-nin və Braziliya millisinin ulduzu Neymar türk filmi olan “7.koğuştakı mucizə” filminə tərif yağdırıb. 

“Qafqazinfo” xəbər verir ki, o, İnstaqram hesabında Aras Bulut İynəmlinin  baş rol aldığı film haqqında fikirlərini yazıb. 

Neymar filmin çox sarsıdıcı olduğunu bildirib: “Övladı olanlar mənim bu filmi izlədikdən sonra hansı hissləri yaşadığımı anlayar. Çox gözəl filmdir, izləyərkən uşaqlar kimi ağladım. Ağlamasanız, sizin üçün heç bir şey edə bilmərik. Sarsıdıcı bir türk filmidir”.