222 milyon avro qarşılığında PSJ-yə transfer olan Neymarın “Barselona”dan ayrılığına səbəb kimi elə PSJ üzərindəki 6:1 hesablı qələbədən sonra baş verən hadisələr göstərilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Çempionlar Liqası çərçivəsində baş tutan matçda möhtəşəm geri dönüş edərək 6:1 hesablı qələbədə əsas pay sahibi olaraq braziliyalı ulduz Neymar göstərilirdi.
Lakin oyundan sonra “Barselona” klubunun rəsmi səhifələrində Messinin fotolarının ön plana çəkilməsi və növbəti gün Barselona küçələrində Messinin afişalarının vurulmasının Neymarı əsəbiləşdirdiyi iddia olunur. Bunu həzm edə bilməyən 25 yaşlı ulduzun həmin vaxt klubdan ayrılmaq qərarı aldığı bildirilir.

Neymarın Messinin “kölgəsindən” qurtulmaq və başqa klubda özünün lider olması üçün “Barselona”dan getdiyi də iddialar sırasındadır.
Səbəb nə olursa olsun, hər halda, onun Messi kimi əfsanəyə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək.
Son xəbərlər
Son Xəbərlər