Neymarın hesabından pul oğurlayan həbs edildi

neymarin-hesabindan-pul-ogurlayan-hebs-edildi
Oxunma sayı: 1148

Braziliya millisinin və Fransanın PSJ klubunun üzvü Neymarın bank hesablarını sındıraraq 40 min dollardan çox pulunu oğurlamaqda şübhəli bilinən şəxs həbs edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Braziliya polisi məlumat yayıb.

Bildirilib ki, oğurluqda şübhəli bilinən 20 yaşlı şəxs Neymar və onun meneceri olan atasının hesablarının olduğu bankda işləyir.