Neymarın maaş verdiyi “dost” qrupu - Aylıq 11 min dollar alırlar+Fotolar

Neymarın maaş verdiyi “dost” qrupu
Oxunma sayı: 2716

Braziliya millisinin ulduzu Neymar öz əyləncəsi və əhval-ruhiyyəsini yüksək tutmaq üçün özünə dost qrupu yaradıb.

“Qafqazinfo” xəbər verir ki, “Parcas” adlanan bu qrup Neymar hara səyahət etsə, onunla birlikdə həmin yerə yollanır. 

Onların məqsədi daim Neymarın əhval-ruhiyyəsini yüksək tutmaqdır. Bunun üçün “Neymarın dostlar”ı aylıq maaş da alırlar. 

Braziliyalı ulduz PSJ-də çıxış etdiyi üçün Fransanın paytaxtı Parisdə “dostlar”ına villa da tutub. 

Hətta Braziliyada bununla bağlı zarafat da var: “Əgər siz Neymarın dostu olsanız, böhran hiss etməyəcəksiz”. 

“Sambaçı” superulduz hər ay üçün dostlarına 11 min dollar maaş verir. Onların əsas üzvləri is Cil Cebola, Jota Amankio və Karlos Enrikedir. 

“Parcas” hazırda davam edən Qətərdəki dünya çempionatında da Neymarı tək buraxmırlar. Onlar futbolçunu dəstəkləmək üçün mundiala yollanıblar.