Neymarın son durumu

neymarin-son-durumu
Oxunma sayı: 1207


“Qafqazinfo” xəbər verir ki, Qol.Az-ın Kataloniya klubunun saytına istinadən yaydığı xəbərə görə, "Barselona" nümayəndələri gənc hücumçunun müalicə olunduğu Braziliyaya gedib. Onlar onurğa sümüyü sınan Neymarın çox sürətlə sağaldığını bildiriliblər.

Qeyd edək ki, Neymarın müalicəsi avqustun 5-dən "Barselona"da davam etdirələcək. Onun avqustun sonuna qədər tam sağalacağı gözlənilir.

Xatırladaq ki, DÇ-2014-ün 1/4 finalında Kolumbiya ilə matçda zədələnən Neymar bu səbəbdən turniri erkən başa vurub.