Neymarın yeni sevgilisi - Foto

neymarin-yeni-sevgilisi
Oxunma sayı: 2515

ABŞ-ın məşhur televiziya ulduzu Kim Kardaşyanın ögey bacısı, model Kendall Jenner “Barselona”nın braziliyalı yarımmüdafiəçisi Neymarla gündəmə gəlib.

“Qafqazinfo” xəbər verir ki, katalonların ulduz futbolçusunun öz “İnstagram” hesabında Jenner ilə paylaşdığı şəkil səs-küy yaradıb. Cütlüyün arasında eşq yaşandığı haqqında xəbərlər dolaşır. Fotonun bu qədər səs-küyə yaratmasına səbəb isə Kendallın bir müddət öncə Kriştianu Ronaldo haqqında dedikləri olub. Belə ki, portuqaliyalı məşhur futbolçu bir neçə həftə əvvəl “İnstagram”da Jenneri izləməyə başlayıb. Ronaldonun bu addımından sonra model “Kriştianu mənimlə görüşmək istəyirsə, məmuniyyətlə qəbul edərəm” yazıb. Tərəflərin artıq münasibət qurduğu haqqında xəbərlər dolaşdığı vaxtda Kendallın Neymarla şəkli böyük müzakirələrə səbəb olub.