Nəzakət də medal qazandı

nezaket-de-medal-qazandi
Oxunma sayı: 785

Avstriyada gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, turnirdə Azərbaycan millisi də təmsil olunub.

52 kq çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova yarımfinala qədər məğlubiyyətsiz irəliləyib. Yarımfinalda isə israilli Betina Temelkovaya uduzaraq üçüncülük uğrunda mübarizəyə qoşulub. Bu mərhələdə hollandiyalı rəqibi Danique Janssenə qalib gələn Əzizova bürünc medal qazanıb.